Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda taxıl biçini davam edir

04 iyul 2019 | 16:00

Son illər Azərbaycan ölkədə əhalinin ərzaq məhsulları ilə tələbatının ödənilməsi ilə əlaqədar kənd təsərrüfatının istehsal və ixrac imkanlarının artırılmasına, o cümlədən də taxılçılığın inkişaf etdirilməsinə böyük maraq göstərir. Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr, bununla bağlı görülən işlər də məhz bu məqsədi daşıyır.  Qazax rayonu da ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq ildən-ilə kənd təsərrüfatı sahəsini genişləndirən, bu sahədə uğurlu nəticələr əldə edən bölgələrimizdən biridir. Son 3 ildə rayonda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bunu söyləməyə əsas verir. Rayonda kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, taxılçılığın inkişafı üçün də hər cür şərait yaradılır.
Cari ilin məhsulu üçün 12 min 555 hektarda taxıl, o cümlədən 8305 hektarda buğda, 4250 hektarda arpa əkilib. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da taxıl biçini davam edir. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə 60 kombayn cəlb edilib. Hazırda 4250 hektar arpa sahəsinin 4214 hektarında biçin aparılıb. Qalan 36 hektar sahədə isə yekunlaşmaq üzrədir. Buğda əkilmiş 8305 hektarın isə 6721 hektarı biçilib. Biçilməmiş 1584 hektar sahə qalıb ki, həmin sahələrdə də biçin işləri sürətlə davam etdirilir.

 

 

 

 

Keçidlər