Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” imzalanmış Sərəncamın icrası ilə əlaqədar yaradılmış komissiya üzvlərinin iştirakı ilə iclas keçirilib

09 iyul 2019 | 16:00

Respublika Prezidenti İlham Əliyevin  tapşırığına əsasən “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev tərəfindən 27 iyun 2019-cu il tarixdə təsdiq edilmiş Tədbirlər Planı da bu sahədə görülən mühüm işlərin əyani sübutudur.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da həmin Tədbirlər Planında qeyd olunan yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş tapşırıqların icrası məqsədilə Yerli Ekspert Komissiyası yaradılıb. 4 iyul 2019-cu il tarixli 9-21/126 nömrəli Sərəncamla yaradılmış komissiyanın tərkibinə isə icra hakimiyyətinin məsul işçiləri, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri daxil edilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində həmin Yerli Ekspert Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev iclası giriş sözü ilə açaraq ölkə başçısı İlham Əliyev tərəfindən verilən tapşırığın, bununla bağlı hazırlanmış Tədbirlər Planının əhəmiyyətindən söz açıb. Ölkə vətəndaşlarının torpaqdan səmərəli istifadəsi baxımından atılan bu addımın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Sonra komissiya üzvlərinin iştirakı ilə Tədbirlər Planında icrası nəzərdə tutulan məsələlər müzakirə olunub. Birinci müavin qeyd olunan məsələlərlə bağlı komissiya üzvlərinə aidiyyəti üzrə bəzi tapşırıq və tövsiyələrini verib.

Keçidlər