Mərkəzi xəstəxanada korpuslarda əsas işlərin xeyli hissəsi görülüb
Ötən yazılarımızda da məlumat verdiyimiz ki, Qazaxda 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi sürətlə davam etdirilir. 10 korpusdan ibarət olan xəstəxananın 5 korpusu ötən il inşa olunub. Bu il isə qalan 5 korpusun tikintisi uğurla davam etdirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev mərkəzi xəstəxananın tikintisi ilə tanış olub, görülən işlərlə maraqlanıb.
İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə ətraflı məlumat verərək bildirib ki, ötən il özül hissələri tökülmüş qalan 5 korpusun - Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpuslarda əsas işlərin xeyli hissəsi görülüb. Demək olar ki, son tamamlanma işləri aparılır. Yoluxucu xəstəliklər şöbəsində də zirzəmi hissənin beton işləri yekunlaşıb, əsas binada isə bu iş davam edir.
Məlumat üçün onu da qeyd edək ki, 10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, tam hazırdır.