Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhərin mərkəzində təmir işləri aparılan çoxmənzilli binalarda olub

23 iyul 2019 | 16:00

Qazaxda son 3 ildə böyük sürətlə start götürən abadlıq işlərdən biri rayondakı çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasıdır. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən bu işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 122-si təmir olunub. 41 bina qalıb ki, onların da əksəriyyətində təmir işlərinə sürətlə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan, şəhərin mərkəzində yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92, Ş.Xiyabani 12 və 14 saylı binalarda görülən işlərlə tanış olub, keyfiyyətlə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, hər üç binada giriş qapıları qoyulub, elektrik və rabitə xətləri səliqəyə salınıb. Ş.Xiyabani 14 saylı binanın bütün bloklarında işlər yekunlaşmaq üzrədir. Ş.Xiyabani 12 və Azadlıq 92 saylı binalarda da əsas işlər başa çatıb.
İcra başçısı görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə aparılmasını bildirib və bu istiqamətdə tapşırıqlarını verib. İstər binalarda, istərsə də həyətdə bütün işlərin yüksək səviyyədə görülməsini qeyd edib.
Ş.Xiyabani 14 saylı binada yaşayan sakin Pəri İsmayılova, Azadlıq 92 saylı binanın sakinləri Ramazan Abdullayev və Elnarə Budaqova rayonda görülən genişmiqyaslı işlərə, xüsusilə də yaşadıqları çoxmənzilli binaların təmirinə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sakinlər binalarda səliqə-sahmanla yanaşı, işlərin keyfiyyətinə də üstünlük verildiyini söyləyiblər.

 

 

Keçidlər