Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığı ilə mübarizə: İctimai fəalliğın artırılması mövzusunda toplantı keçirilmişdir

16 iyul 2015 | 15:00

Qazax şəhərindəki Gənclər Mərkəzində “Məişət zorakılığı ilə mübarizə: İctimai fəllığın artırılması” mövzusunda təlim-toplantı keçirilmişdir. Toplantıda Rayon İcra Hakimiyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, qeyri-hökümət təşkilatlarının sədrləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişdir.
     Toplantını Əlil Qadınlar Cəmiyyətinin Prezidenti Məhluqə Rəhimova giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətindən söz açmışdır. Qeyd etmişdir ki, məişət zorakılığı ilə mübarizə qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyət qurulması işinə kömək edən amillərdən biridir. Azərbaycan Əlil Qadınlar Cəmiyyəti əsasən məişət zorakılığı qurbanlarına yardım etmək üçün yaradılan regional mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə maarifləndirmə işlərinin aparılması və məişət zorakılığı ilə mübarizədə ictimai fəallığın artırılmasında müxtəlif layihələr həyata keçirir. Layihə çərçivəsində mütəmadi olaraq Gəncə, Ağstafa və Qazax şəhərlərində görüşlər keçirilmişdir. Bakı və Sumqayıt şəhərlərində təlimlər təşkil olunmuş, məişət zorakılığından zərərçəkmiş şəxslərdən bəhs edən broşuralar, DVD disklər hazırlanaraq tədbir iştirakçılarına, aidiyyatı dövlət orqanlarına, KİV-nə paylanılmışdır. Məişət zorakılığına dair Qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlanaraq müvafiq dövlət orqanlarına göndərilmişdir.
     Sonra Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyətinin layihə departamentinin sədri Firuzə Babayeva, layihə təlimçiləri Gülnarə Seyidova və Anjelika İsmayılova çıxış edərək məişət zorakılığı qurbanlarının hüquqlarından, məişət zorakılığının səbəbləri və onunla mübarizədən, məişət zorakılığı ilə mübarizə qaydalarından danışmışlar. Həyata keçirilən layihənin əhəmiyyətindən söz açaraq bölgələrdə belə maarifləndirici təlim-toplantıların keçirilməsinin vacib olduğunu vurğulamışlar.
      Rayon İcra Hakimiyyətinin məsul işçisi Azad Hümbətov çıxış edərək bildirmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimi formalaşmaqdadır. Məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyi cəmiyyətdə mövcud olan hüquqi düşüncədən birbaşa asılıdır. Hər bir dövlət qanun yaradıcılığı prosesi ilə barabər hüquqi maarifləndirmə işi də aparmalıdır. Belə tədbirlərin keçirilməsi maarifləndirmə prosesinə bilavasitə kömək edir.
   Sonda mövzu ətrafında müzakirələr aparılmış, təlimin qiymətləndirilməsi olmuş və iştirakçılara məişət zorakılığından bəhs edən broşuralar, kitab və DVD disklər paylanılmışdır.

Keçidlər