Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı binalarda görülən işlərlə tanış olub

25 iyul 2019 | 16:00

Qazaxda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin arasında çoxmənzilli binaların əsaslı təmirinə də üstünlük verilir. Vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən bu işlərin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxu təmir olunub. Qalan binaların əksəriyyətində də təmir işlərinə sürətlə start verilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində dam örtükləri dəyişdirilən Ə.Dilbazi 2, 4 və hazırda dam örtüyü yenilənən Bakı küçəsində yerləşən 76 saylı binalarda olub, görülən işlərin keyfiyyəti ilə maraqlanıb.
İcra başçısı görülən bütün işlərin sakinlərin istəyinə uyğun şəkildə aparılmasını bildirib və bu istiqamətdə tapşırıqlarını verib. İstər binalarda, istərsə də həyətdə bütün işlərin yüksək səviyyədə görülməsini qeyd edib.
Bakı 76 saylı binanın sakinlərindən Sədaqət Əliyeva rayonda görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların təmirinə görə ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onların yaşadıqları birmərtəbəli binanın təmir olunmasını razılıq hissi ilə qarşıladıqlarını vurğulayıb.

 

 

Keçidlər