Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ilin 6 ayının yekunları Qazax rayonunda müzakirə olunmuşdur

16 iyul 2015 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayıın sosial-iqtisadi inklişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr Qazax rayon İcra Hakimiyyəti Başçısı yanındakı Şuranın rayonun aidiyyəti qurumlarının və ictimaiyyət nümayəndlərinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Qazax rayonu İcra Hakimiyyətinin başçısı  Ayaz Əsgərov bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən 46 il ötür. Müasir Azərbaycanın qorunub saxlanılması, inkişaf etmiş qüdrətli ölkəyə çevrilməsi Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük siyasət adamı sovet dövründə də Azərbaycanın inkişafında, xalqın həyat səviyyəsinin yüksəlməsində misilsiz xidmətlər göstərmişdir. AXCP-Müsavat cütlüyünün səriştəsiz hakimiyyəti zamanı dövlətçiliyimizin dağılması və xalqımızın məhv olunması təhlükəsi yarandıqda xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər xalqın əsl xilaskarına çevrilmişdir. Onun dövründə Azərbaycan dövlətinin hərtərəfli inkişafının əsası qoyuldu, böyük strateji layihələrin həyata keçirilməsinə başlanıldı. Azərbaycanda güclü iqtisadiyyat və güclü dövlət yarandı. Ölkəmiz regionun və dünyanın dinamik inkişaf edən ölkəsinə çevrildi. Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün onun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, 6 ay ərzində ölkə iqtisadiyyatı 5,7 faiz artmış, ümumdaxili məhsulun səviyyəsi yüksəlmiş, qeyri-neft sənayesi 14 faizdən çox artmışdır. İnflyasiya cəmi 3,5 faiz təşkil etmiş, əhalinin pul gəlirləri ənənəvi olaraq  inflyasiyanı üstələyərək 6,2 faiz artmışdır. Kənd təsərrüfatında 7,3 faiz artım olmuş , taxılçılıqla məhsuldarlıq təxminən 20 faiz artmışdır.  Bu il üçüncü regional inkişaf Proqramı qəbul edilmiş, bunun nəticəsində 6 ayda ölkəmizdə 65 min yeni iş yeri yaradılmışdır ki, onlardan 48 mini daimi iş yeridir. Ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. 

Qazax rayonunda görülmüş işlərdən danışan cənab Ayaz Əsgərov bildirmişdir ki, 2015-ci ilin birinci yarısı rayon üçün də uğurlu olmuşdur. 2015-ci ilin 6 ayında yerli daxilolmalar üzrə proqnoza 110,2 faiz əməl olunmuş, büdcəyə 314 min 782 manat çox vəsait daxil olmuşdur. Əhaliyə 13 milyon 96 min 29 manat  kredit verilmiş, əhalidən 2 milyon 115 min 430 manat əmanət cəlb olunmuş, SKMF tərəfindən vətəndaşlara 766 min manat kredit verilmişdir.
Əhalinin qaz, elektrik enerjisi və su təchizatının daha da yaxşılaşdırılması ilə əlaqədar bir sıra işlər görülmüş, sərf olunmuş  enerjinin dəyəri vaxtında toplanıb aidiyyəti qurumların bank hesablarına köçürülmüşdür. Rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində də bir sıra tədbirlər hazırlanıb həyata keçirilmiş və işin keyfiyyəti daha da yaxşılaşdırılmışdır. Müasir Azərbaycan tarixinin məktəblərdə daha səmərəli öyrənilməsi məqsədilə XI sinif şagirdlərinə “Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır”  mövzularında dərslər keçirilmişdir. Dövlət başçısının tapşırığına əsasən əhalinin tibbi müayinəsi Qazax rayonunda da uğurla başa çatmışdır.
2015-ci ilin 6 ayında rayonda əsas kapitala yönəldilən investisiyaların və ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox olmuşdur.  Adambaşına düşən ümumi məhsulun həcmi 632 manat, orta aylıq əmək haqqı isə 265 manat təşkil etmişdir. Birinci yarımildə 9 yeni müəssisə yaradılmış, 240-ı daimi olmaqla 470 yeni iş yeri açılmışdır. Məşğulluq Mərkəzinə müraciət edən 260 nəfər vətəndaşdan 174 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 77 nəfəri münasib işlə təmin olunmuşdur.
İllik istehsal gücü 1 milyon ton olan Qazax Sement zavodunun birinci hissəsində tikinti işləri başa çatmış, ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir. Qazax Konserv  zavoduna 2014-cü ildə tikintisi başlanılmış yeni kartof anbarında işlər tamamlanmışdır. Şəhərin Heydər Əliyev prospekti və Azadlıq küçəsində  geniş abadlıq işləri görülmüş, qazon və  güllüklər yaradılmış, Bakı-Tbilisi magistral avtomobil yolunun kənarında yerləşən 5 mərtəbəli yaşayış binasının fasad hissəsi tikinti normalarına cavab verən materiallarla suvanaraq rənglənmiş, şəhərinin prospekt və küçələrində 6800 m2 asfalt örtüyü təmir edilmiş, kənd yaşayış məntəqələrində 40 km-dən çox kəndaxili yollara qum-çınqıl  döşənmişdir. Qazax-Kosalar avtomobil yolunda da tikinti işlərinin başlanılması nəzərdə tutulmuşdur. Qazax şəhərində  100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və baxılmaq üçün Fövqəladə Hallar Nazirliyinin Ekspertiza şöbəsinə göndərilmiş, Respublika Prezidentinin Sərəncamına uyğun 9 ədəd subartezian quyularının qazılması, Qızıl Hacılı kəndinin sakinləri üçün 78 ailəyə yaşayış evlərinin bütün ifrastrukturlarla tikintisi məqsədilə  sənədləşmə işləri aparılır. 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati  binasının, Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni yaşayış binalarının, Daş Salahlı kənd həkim məntəqəsinin tikinti işləri davam edir.
2015-ci ilin 6 ayı ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə bir sıra işlər görülmüş, məhsul istehsalçılarına yanacaq və motor  yağlarına görə dövlət vəsaiti hesabına 640 min 420 manat yardım hesablanaraq sənədlər yardım komissiyasına verilmişdir. Rayonda 6 min 67 ha sahənin taxılı optimal müdətdə yığılmış, məhsuldarlıq 30,2 sentnerə çatdırılmışdır.  Bu ilin məhsulu üçün 687 ha  yonca, 327 ha kartof, 295 ha qarğıdalı, 689 ha tərəvəz, 516 ha yazlıq dənlilər, 48 ha texniki bitkilər və 30 ha bostan əkilmişdir. Həmin sahələrdə məhsul yığımı davam edir.  Hesabat dövründə rayon ərazisində 130 min 500 ədəd yeni ağac əkilmişdir. Süni yolla mayalandırılmış heyvanlardan  238 baş bala alınmışdır. Heyvandarlıq məhsulları istehsalı dinamik olaraq artmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 343 ton, ət istehsalı 164 ton və yumurta istehsalı 146 min ədəd çox olmuşdur.
Müzakirələr zamanı Rayon Maliyyə İdarəsinin müdiri Novruz Abdullayev, Rayon Əhalinin Sosial  Müdafiəsi Mərkəzinin direktoru Yasin Mürsəlov, Qazax Elektrik şəbəkəsinin rəisi Elşad Məmmədov, Qaz İstismar Sahəsinin rəis muavini İlkin Nəsibov, Su-kanal İdarəsinin rəisi Abdulla Qocayev və başqaları çıxış etmişlər.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan tikinti-abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Keçidlər