Qəbul zamanı müraciət etmiş Ağköynək kənd sakinlərinin məsələsinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün ümumi qəbul zamanı müraciət etmiş bir qrup Ağköynək kənd sakininin istəyinə əsasən həmin kənddə olub.
Sakinlərin su məsələsi ilə bağlı müraciətlərinə əsasən yerində baxış keçirən rayon rəhbəri mövcud vəziyyəti onların öz dilindən öyrənib. Vətəndaşlar kənddə mövcud olan subartezian quyusundan növbəlilik əsasında istifadə olunması üçün nəzarətçi ayrılmasını xahiş ediblər. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələyə baxılacağını bildirib və bununla bağlı aidiyyəti şəxslərə tapşırıq verib.
Sakinlər onların istəyini nəzərə alaraq görüşə gəlməsini, müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb, minnətdarlıqlarını bildiriblər. Ölkə vətəndaşına göstərilən diqqət və qayğıya, səmimi münasibətə görə dövlət başçısına və rayon rəhbərinə sonsuz təşəkkürlərini çatdırıblar.