Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhər 1 və 3 nömrəli tam orta məktəblərdə görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb

14 avqust 2019 | 16:00

Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda təhsil sahəsi dövlət siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının rəhbərliyi altında təhsil sahəsində qazanılan uğurlar, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi, əsaslı və ya cari təmir olunması, qəbul olunan Dövlət Proqramlarında bu sahəyə xüsusi önəm verilməsi və 5 illik proqramın icrasında məktəb tikintisinə geniş yer ayrılması bunu əyani şəkildə sübut edir.
Dövlətimizin və ölkə başçısının bu istiqamətdə yürütdüyü siyasət respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. Son illər rayonda yeni məktəblərin tikilməsi, məktəblərdə əsaslı təmir və yenidənqurma işlərinin aparılması bu istiqamətdə reallaşan işlərin bariz nümunəsidir. Qazaxda məktəb tikintisi ilə yanaşı, rayonda fəaliyyət göstərən məktəblərin cari təmir olunması, məktəblərdə səliqə-sahman işlərinin aparılması da təhsilin keyfiyyətinə təsir edən amillərdən hesab olunur.

 


Bu gün rayonda daha bir məktəbdə – İsmət Qayıbov adına şəhər 3 nömrəli tam orta məktəbdə cari təmir işlərinə başlanılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin məktəbdə olub, görülən işlərlə maraqlanıb.
İş icraçısı Lətif Həsənov görülən cari təmir işləri barədə məlumat verərək hər 3 mərtəbədə rənglənmə işlərinin aparıldığını bildirib.
Görülən işlərlə tanış olan rayon rəhbəri məktəb binası ilə yanaşı, həyətdə də səliqə-sahman yaradılmasını qeyd edib. Görülməsi nəzərdə tutulan digər işlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib.
Məktəbin direktor əvəzi Nailə Əfəndiyeva məktəbin təmirinə, xüsusilə də 10 tonluq su çəninin qoyulmasına görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.
Sonra icra başçısı cari təmir işləri başa çatan Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbdə görülən işlərlə də tanış olub. Qeyd olunub ki, məktəbin hər 3 mərtəbəsində rənglənmə işləri, eləcə də ehtiyac olan digər işlər tam başa çatıb.
Məktəbin direktoru Bəsdi Ələkbərova təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə müəllim-şagird kollektivi adından bir daha sonsuz təşəkkürünü çatdırıb.

 

Keçidlər