Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib.
Şəhər sakini Əliyeva Rəna Məmməd qızının yaşadığı evin təmirinə köməklik olunması və həyətində təmizlik işlərinin aparılması ilə bağlı müraciətinə yerində baxış keçiriləcəyi bildirilib.
Yuxarı Əskipara kənd sakini Babacanova Səadət Şahin qızının, Qaymaqlı kənd sakini Nəsibov Əmrah Nəsib oğlunun mənzillə təmin olunmaq barədə müraciətlərinə cavab olaraq boş yer yaranan zaman baxılacağı qeyd olunub.
Şəhər sakini İbrahimova Dürrə Ziyaddın qızının işlə təmin edilməsi ilə bağlı müraciətinə cavab olaraq onun istəyinə uyğun iş yeri yaranan zaman bir daha baxılacağı söylənilib.
Yuxarı Əskipara kənd sakini Vəliyev Orxan Şahin oğlunun işlə bağlı müraciətinə isə ixtisasına uyğun olaraq Dövlət Qulluğuna imtahanda iştirak etməsi tövsiyə edilib.
Şəhər sakini Orucova Dürdanə Məmməd qızının, Kəmərli kənd sakini Cəlilov Aslan Məhəmməd oğlunun, Qarapapaq kənd sakinləri Yaqubov Anar Şəmistan oğlunun və həyat yoldaşı Yaqubova Ülviyyə Şəmsəddin qızının işlə bağlı müraciətlərinə cavab olaraq təsərrüfatda, tikintidə, eləcə də digər sahələrdə işləmələri üçün müvafiq iş yerləri təklif olunub.
Ağköynək kənd sakini Bağırova Dilqəm Abbas qızının, Qarapapaq kənd sakinləri Bağırova Sevda Zeynal qızının, İsgəndərova Süsən Oruc qızının pay torpaqlarının yola düşməsi, Mustafayeva Dürdanə Abbas qızının torpağının sənədləşməsi ilə bağlı müraciətlərinə cavab olaraq yerində baxış keçiriləcəyi bildirilib və bununla bağlı aidiyyəti şəxslərə tapşırıq verilib.
Şəhər sakinləri Möhtərəmova Mehnurə Qərib qızının, Məmmədova Ruhiyyə Süleyman qızının, Qarapapaq kənd sakini Sarıyev Tacir Vəli oğlunun, Daş Salahlı kənd sakinləri Aşırov Famil Kömür oğlunun və həyat yoldaşı Hüseynova Solmaz Binnət qızının, Bakı şəhər sakini Məhərrəmova Bəturə Mahal qızının, İkinci Şıxl kənd sakini Süleymanov Kamandar Kamil oğlunun, Rusiya vətəndaşı Əhmədova Maria Ramazan qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.
Şəhər sakini Namazova Əskinaz Zülfəli qızı isə yalnız minnətdarlıq etmək üçün gəldiyini vurğulayıb. O, ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazax rayonunda görülən işlərə görə minnətdarlığını çatdırıb. Son 3 ildə Qazaxın bütün sahələr üzrə özünün intibah dövrünü yaşadığını qeyd edib. Rayonda olan şəffaf mühiti, vətəndaşlara göstərilən diqqət və qayğını yaşlı bir rayon sakini olaraq yüksək qiymətləndirib.