Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı mərkəzi xəstəxanada görülən işlərlə maraqlanıb

20 avqust 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə mərkəzi xəstəxanada görülən işlərin hazırki vəziyyəti ilə maraqlanıb.
Qeyd edilib ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi sürətlə davam etdirilir. Belə ki, 10 korpusdan ibarət olan xəstəxananın 5 korpusu ötən il inşa olunaraq tam hazır vəziyyətə gətirilib. Hazırda qalan 5 korpusun tikintisi isə uğurla həyata keçirilir.
İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə ətraflı məlumat verərək mərkəzi xəstəxananın qalan 5 korpusunda - Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya, yoluxucu xəstəliklər şöbələrinin yerləşəcəyi korpuslarda əsas işlərin xeyli hissəsinin görüldüyünü bildirib.
Rayon rəhbərliyi hazır olan korpuslardakı mövcud vəziyyətlə də tanış olublar. Diqqətə çatdırılıb ki, hazırda avadanlıqların tam şəkildə yerləşdirilməsinə başlanılıb. Bunun üçün lazım olan bütün yeni avadanlıqlar da gətirilib.
Məlumat üçün bildirək ki, 10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, onlar da tam hazırdır.

 

Keçidlər