Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı “Mətanət A” şirkəti tərəfindən tikilən Əhəng Zavodunda olub

20 avqust 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov rayonun Daş Salahlı kəndində “Mətanət A” şirkəti tərəfindən tikilən Əhəng Zavodunda olublar.
Məlumat verilib ki, illik istehsal gücü 50 min ton olan zavodun tikintisi sürətlə aparılıb və inşaat işləri nəzərdə tutulduğu vaxtda başa çatdırılıb. Yeni zavod yüksək texnologiya ilə təmin olunub. Zavodun istehsal hissəsi test yoxlamasından keçib və məhsul buraxmağa tam hazırdır. İnzibati binası yüksək səviyyədə hazırlanıb və lazım olan bütün işlər görülüb. Eyni zamanda zavodun ərazisinə asfalt vurulub, yaşıllıqlar salınıb, güllər əkilib. Bir sözlə, Əhəng zavodu açılışa tam hazırdır.
Sonra rayon rəhbərliyi Damcılı qoruğunda olub, qoruq ərazisindəki mövcud vəziyyətlə maraqlanıb. Vətəndaşların rahat şəkildə istirahət etmələri üçün yaradılan şəraitlə, onlara göstərilən xidmətlərlə tanış olub. Qoruğun ərazisində yaradılan səliqə-sahmanla, sakinlərə göstərilən xidmətlərlə bağlı aidiyyəti şəxslərə bəzi tapşırıq və tövsiyələrini verib.

Keçidlər