Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı mərkəzi xəstəxanada görülən işlərlə tanış olub

26 avqust 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xeyli müddətdir ki, inşası davam etdirilən mərkəzi xəstəxanada görülən işlərin mövcud vəziyyəti ilə tanış olub.
Məlumat üçün qeyd edək ki, 2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının 5 korpusu ötən il inşa olunaraq hazır vəziyyətə gətirilib. 10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, onlar da tam hazırdır.
Hazırda xəstəxananın qalan 5 korpusunun tikintisi isə uğurla davam etdirilir.
İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə ətraflı məlumat verərək mərkəzi xəstəxananın qalan 5 korpusunda - Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya, yoluxucu xəstəliklər şöbələrinin yerləşəcəyi korpuslarda əsas işlərin xeyli hissəsinin görüldüyünü diqqətə çatdırıb.
Rayon rəhbəri hazır olan korpuslardakı mövcud vəziyyətlə də tanış olub. Qeyd olunub ki, hazırda avadanlıqların tam şəkildə yerləşdirilməsinə başlanılıb. Bunun üçün lazım olan bütün yeni avadanlıqlar da gətirilib.

Keçidlər