Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Sement zavodunun YAP ərazi ilk partiya təşkilatının yığıncağı keçirilmişdir

10 sentyabr 2015 | 15:00

Qazax Sement zavodunun  YAP ərazi ilk partiya təşkilatının yığıncağı keçirilmişdir. Yığıncaqda YAP sıralarına yeni gənclərin qəbul olunması və təşkilatın boy artımı məsələlərinə baxılmışdır. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Əlif Məmmədov çıxış etmiş və göstərilən məsələlər barədə yığıncaq iştirakçılarına məlumat vermişdir.
     Sonra zavodun ictimai-siyasi həyatında fəal iştirak edən, öz peşə hazırlığı və nizam-intizamı ilə fərqlənən 19 nəfər gənc partiya sıralarına qəbul olunmuşdur.
    Yığıncaqda zavodun direktoru Hikmət Qəribov, YAP rayon təşkilatının şura üzvü Polad Ağakişiyev və başqaları çıxış edərək YAP sıralarına yeni qəbul olmuş gəncləri təbrik etmişlər və onlara uğurlar arzulamışlar. .
     Axırda zavodda çalışan 23 nəfər gəncə isə partiyanın üzvlük vəsiqələri verilmişdir.

Keçidlər