Səyyar görüş zamanı vətəndaşın qaldırdığı məsələyə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün ötən həftə Hüseynbəyli kəndində keçirilən səyyar görüş zamanı müraciət edən Nəbiyev Kərəm İbrahim oğlunun istəyinə əsasən həmin kənddə olub, qaldırılan məsələyə yerində baxılıb.
Vətəndaş Hüseynbəyli kənd tam orta məktəbin balansında olan köhnə idman zalının kənddə güləş zalı kimi istifadə olunmasına icazə verilməsini xahiş edib. Vətəndaşı diqqətlə dinləyən rayon rəhbəri zalın məktəbə məxsus olduğu üçün istifadəsinin mümkün olmadığını bildirib. Kənddə olan digər bir tikilidə fəaliyyət göstərmələrini və yaxud da hazırda fəaliyyət göstərdikləri zalın sahibi ilə yenidən icarəyə müqaviləsi bağlamasını tövsiyə edib.
Vətəndaş K.Nəbiyev onun istəyini nəzərə alıb görüşə gəldiyinə, qaldırdığı məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.