Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Qafqaz Albaniyasına səyahət” layihəsi çərçivəsində tədbir keçirilmişdir

22 sentyabr 2015 | 15:00

Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Yaradıcılıq Fondu ilə birgə layihəsi olan  “Qafqaz Albaniyasına səyahət” çərçivəsində Qazax şəhər 1 saylı tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Bilik Fondunun Qazax rayonu üzrə nümayəndəsi Mətanət Ayvazova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tükəzban Göyüşova, Azərbaycan Yaradıcılıq Fondunun (AYF) təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov və başqaları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova “Qafqaz Albaniyasına səyahət” layihəsinin məqsədi haqqında tələbələrə və şagirdlərə məlumat vermiş, həmçinin ölkə prezidenti İlham Əliyev cənablarının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) yaradılması haqqında imzaladığı Fərmanın ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etməsinə xidmət göstərdiyini qeyd etmişdir. Ölkəmizdə multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri sosial-siyasi  şəraitin yaradıldığını bildirmişdir. Sonra tədbir iştirakçılarına Qafqaz Albaniyası və arxeoloji qazıntılar, Qarabağ və Gədəbəy bölgələrindəki memarlıq və arxeoloji abidələr haqqında video-slayd nümayiş etdirilmişdir. Tədbirdə Azərbaycan Yaradıcılıq Fondu  təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov da layihənin məqsədi haqqında və görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. AMEA-nın əməkdaşı Tükəzban Göyüşova öz çıxışında şagird və tələbələrə Qafqaz Albaniyası və arxeoloji qazıntılar,  Qarabağ bölgəsi  və Gədəbəy rayonundakı memarlıq və arxeoloji abidələr haqqında və Qazax rayonunda yerləşən Qafqaz Albaniyası abidələri barədə geniş məlumat vermişdir. Axırda Bilik Fondunun Qazax rayonu üzrə nümayəndəsi Mətanət Ayvazova “Qafqaz Albaniyasına səyahət” çərçivəsində bu kimi səfərlərin çox vacib olduğunu bildirmişdir. Tədbirdən sonra tələbə və şagirdlər Qazax rayon mərkəzində yerləşən kilsəyə, Daşsalahlı kəndində yerləşən Damcılı yaşayış məskəninə, Qafqaz Alban məbədinə və Alban bütbərəst məbədinə ekskursiya təşkil etmişlər. Ekskursiya zamanı bələdçilər şagird və tələbələrə abidələr haqda geniş məlumat vermişlər.

Keçidlər