Qazaxda “Nağıl dünyası” adlı tədbir keçirilmişdir
Qazaxdakı körpələr evi-uşaq bağçalarında tərbiyə alan uşaqların, lisey və orta məktəblərdə təhsil alan şagirdlərin bir qrupu ilə “Nağıl dünyası” adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə MKS-nin direkror müavini Münəvvər Süleymanlı açaraq Azərbaycan şifahi xalq yaradıcılığının bir qolu olan nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji, estetik tərbiyyəsində çox böyük rol oynadığını qeyd etmişdir. Bildirmişdir ki, nağıllar bütün dünya uşaqlarının ana laylasından sonra birinci kitabıdır. Bu kitablarda hər bir uşağın kövrək dünyasına xeyirli və şərli, ağıllı, müdrik və cəsarətli möcüzələrlə dolu olan bir aləm açılır.
Tədbirdə uşaqlara “Şərq nağılları”ndan nümunələr oxunmuşdur. Uşaqlar burada içərisində dünya xalqlarının nağılları da olan kitablarla tanış olmuşlar.
Fəal oxuculardan - Nərgiz Məmmədova, Pərviz Kosayev, Nigar Kazımova, Ədilxan Nəbiyev, İzzət Eyyubov, Nuray Həsənli körpə fidanlara bildikləri nagıllardan danışdılar.
Uşaqlar “Nağıl otağı” ndakı maraqlı personajlara, müxtəlif əl işlərinə maraqla baxdılar. Sonda onlara MKS adından hədiyyələr təqdim edildi. Uşaqlar onlar üçün yaradılan bu şərait və qayğıdan razı qaldırqlarını bildirmişlər.