İcra başçısı mərkəzi xəstəxanada görülən son tamamlanma işləri ilə tanış olub
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2017-ci ildən başlayaraq tikintisi davam etdirilən mərkəzi xəstəxanada görülən son tamamlanma işləri ilə tanış olub.
2,6 hektar sahədə inşa olunan 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının 5 korpusu ötən il inşa olunaraq hazır vəziyyətə gətirilib. Hazırda isə qalan 5 korpusda son tamamlanma işləri aparılır. 10 korpusdan əlavə binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi inşa edilib ki, onlar da tam hazırdır.
İş icraçısı Calal Əfəndiyev hazırda Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya, yoluxucu xəstəliklər şöbələrinin yerləşəcəyi korpuslarda son tamamlanma işlərinin görüldüyünü bildirib.
Rayon rəhbəri hazır olan korpuslardakı mövcud vəziyyət və avadanlıqların tam şəkildə yerləşdirilməsi ilə də maraqlanıb. Öz tapşırıq və tövsiyələrini verib.