Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax RİH-də vətəndaşların müraciəti dinlənilib

23 iyun 2023 | 11:00

Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı  hər sahədə öz əksini tapır. Ölkə rəhbəri tərəfindən səsləndirilən “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri bir daha onu sübut edir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Ən əsası da vətəndaş amili, vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuruna örnəkdir.

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbərliyi tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

İyunun 23-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Bala Cəfərli və Daş Salahlı kəndlərindən müraciət etmiş vətəndaşların müxtəlif məzmunlu müraciətini dinləyib, səslənən müraciətlər müvafiq olaraq cavablandırılıb.

Keçidlər