Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri Qazax rayonunda vətəndaşları qəbul edəcəklər
23 sentyabr 2019 | 16:00
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması məqsədi ilə 26.09.2019-cu il tarixdə, saat 09:00-da Qazax rayonunda, rayon icra hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçiləri rayon vətəndaşlarını qəbul edəcəklər.