İşaxtaran vətəndaşların 55 nəfərinə işə göndəriş vəsiqəsi verilmişdir
01 oktyabr 2015 | 15:00
Qazax rayonunda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizliyin azaldılması məqsədilə rayon İcra Hakimiyyəti başçısının 09 sentyabr 2015-ci il tarixli 20/72 nömrəli Sərəncamı ilə Rayon Mədəniyyət Mərkəzində əmək yarmarkası keçirilmişdir.
Yarmarkada 130 nəfər işaxtaran vətəndaş iştirak etmiş, rayon ərazisində fəaliyyət göstərən 30 idarə və müəssisədən 218 boş iş yeri yarmarkaya təqdim edilmişdir. Təqdim olunmuş boş iş yerlərində minimum əmək haqqı 125 manat, maksimum əmək haqqının məbləği isə 510 manat olmuşdur. İşaxtaran vətəndaşların 55 nəfərinə işə göndəriş vəsiqəsi verilmiş, 16 nəfəri isə mebel quraşdırıcısı üzrə peşə hazırlığı kursuna cəlb edilmişdir.