Şriftin ölçüsü :

Saytın rəngi :

"Beynəlxalq Müəllimlər Günü" qeyd olunmuşdur

06 oktyabr 2015 | 15:00

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da "Beynəlxalq Müəllimlər Günü" qeyd olunmuşdur. Qazax rayon İcra Hakimiyyətinin və Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən  tədbirdə İcra Hakimiyyətinin, Təhsil şöbəsinin məsul işçiləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova açmış, rayon müəllimlərini peşə bayramı günü münasibəti ilə təbrik etmiş, onlara uzun ömür, möhkəm cansağlığı və şərəfli peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulamışdır. Sonra respublikamızda müəllimlərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan ətraflı danışmışdır.
Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək müəllimləri əlamətdar gün münasibəti ilə təbrik etmiş, ötən dərs ilində təhsil sahəsində qazanılmış uğurlar və əldə olunmuş nəaliyyətlər barədə məlumat vermişdir.
A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin müəllimi Söylü Xəlilova, Təhsil İşçiləri Həmkərlar İttifaqının Rayon Komitəsinin sədri Maya Hüseynova, veteran müəllimlərdən Qasım Əliyev, Əli Süleymanov və başqaları çıxış etmişlər. Tədbirin sonunda rayonun bir sıra qabaqcıl müəllimlərinə  Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Keçidlər