Şriftin ölçüsü :

Saytın rəngi :

Şair Həmid Abbasın 80 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

10 oktyabr 2015 | 15:00

Qazaxda Əməkdar İncəsənət  xadimi, şair Həmid Abbasın anadan olmasının 80 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə  rayonun mədəniyyət işçiləri, fəal oxucular, məktəblilər və KİV nümayəndələri iştirak etmişlər. Gecəni  giriş sözü ilə MKS-nin direktoru Solmaz Babanlı açmış və Həmid Abbasın Azərbaycan ədəbiyyatında öz dəsti- xətti, yeri olan, vətəninə, soykökünə bağlı vətəndaş, şair olduğunu qeyd etmişdir. Onun əsərlərinin oxucular tərəfindən sevilə-sevilə oxunduğunu, yüzlərlə şeirinə mahnılar bəstələndiyini tədbir iştirakçılarının diqqətinə  çatdırmışdır.
Şöbə müdiri Fatma Hüseynova şairin  həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etmişdir. Məruzədə Həmid Abbasın nəcib, xeyirxah, qayğıkeş bir vətəndaş olduğu göstərilmişdir. Onun  vətənin  tarixini, gözəlliklərini və qələbələrini  vəsf edən, vətənin ağır günündə birgə olmağa çağırış ruhlu vətənpərvər şeirlər yazdığı qeyd olunmuşdur.
Tədbirdə məktəbli fəal oxuculardan Sübhan Hacıyev, Fərid Mikayılov, Gülbahar  Mustafayeva  və başqaları şairin şeirlərindən parçalar söyləmişlər. Gənc aşıqlardan
Elvin Cəfərovun, Səxavət Xəlfəquliyev və Amil Kərimovun ifalarında şairin sözlərinə yazılmış mahnılar oxunmuşdur.
Tədbirin sonunda  "Şair Həmid Abbas 80" adlı sərgiyə baxış  keçirilmişdir.

Keçidlər