Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

08 oktyabr 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.
Şəhər sakini Qarasaqqalov Şahvələd Nazim oğlu və Daş Salahlı kənd sakini Süleymanova Növrəstə Fərhad qızı işlə bağlı müraciət ediblər. Vətəndaşlar rayonda fəaliyyət göstərən “Sabiroğlu” mebel sexində müvafiq işlə təmin olunublar.
Şəhər sakini Küləşova Kəmalə Rəfi qızının işlə bağlı müraciətinə cavab olaraq Dövlət Qulluğuna və ya Müəllimlərin İşə Qəbulu üzrə imtahanlarda iştirak etməsi tövsiyə edilib.
Şəhər sakinləri Mustafayev Ramin Haqverdi oğlunun, Daşdəmirli Əfqan Nüsrəddin oğlunun, Ağköynək kənd sakinləri Vəliyeva Qənirə Seyid qızının, Nəbiyeva Naibə Heydər qızının, Hacıyeva Gülnarə Alı qızının torpaq məsələsi ilə bağlı müraciətlərinə yerində baxış keçiriləcəyi bildirilib və bununla bağlı aidiyyatı şəxslərə tapşırıq verilib.
Şəhər sakini Həsənova Atlas Alı qızının, Daş Salahlı kənd sakinləri Nəbiyeva Nuriyə Avaz qızının, Qurbanova Əsli Niftalı qızının, Cəbiyeva Lamiyə Vahid qızının və həyat yoldaşı Cəbiyev Mail Zahid oğlunun, Kosalar kənd sakini Mirzəliyeva Elmira Nəbi qızının, Kəmərli kənd sakini Hüseynalıyev Niyazi Yolçu oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

Keçidlər