Dövlət Müstəqilliyi günü ilə əlaqədar toplantı keçirilmişdir
XX yüzilliyin sonlarında Sovetlər İttifaqının süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
Bu münasibətlə Qazax rayonunda toplantı keçirilmişdir. Toplantını Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev açmış və İcra Başçısının müavini Gulaya Həsənova məruzə ilə çıxış etmişdir. Toplantı iştirakçılarına müstəqillik illərində Azərbaycanda sosial-iqtisadi, elm, təhsil, mədəniyyət, müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi sahəsində əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin işləyib hazırladığı daxili və xarici siyasət strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada yüksək yerlərdən birini tutmuş, qüdrətli söz sahibinə çevrilmiş, müstəqilliyimiz isə dönməz və əbədi olmuşdur.
Sonra çıxışlar olmuşdur. YAP rayon təşkilatının sədri Həmid Pənahov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Valeh Vəliyev, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və başqaları Azərbaycanın Dövlət Müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və daha möhkəmləndirilməsi ilə bağlı ölkəmizdə görülmüş işlər barədə danışmışlar.