Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Heydər Əliyev parkında yaradılmış süni göldə görülən işlərlə tanış olub

23 oktyabr 2019 | 16:00

Xəbər verdiyimiz kimi, 1998-ci ildə Ümummilli Liderin anadan olmasının 75 illik yubileyi münasibətilə şəhərin mərkəzində Ağstafa çayının sağ sahilində salınmış Heydər Əliyev parkında yaradılmış 4 hektar ərazini əhatə edən süni gölün əvvəlki vəziyyətinin bərpa olunması üçün xeyli vaxtdır ki, bir sıra işlər aparılıb, xüsusi bənd yaradılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin göldə görülən işlərlə tanış olub. Göldə su axının qarşısını almaq məqsədilə yaradılmış bəndə bir daha baxış keçirib, görüləcək işləri müzakirə edib. Göldəki təmizlik işlərinin sürətləndirilməsini bildirib. İcra başçısı nəinki göldə, eləcə də bütün park ərazisində səliqə-sahman yaradılmasının, insanların asudə vaxtlarını təmiz bir məkanda keçirmələri üçün təmizlik işlərinin daim nəzarətdə saxlanılmasını bildirib və aidiyyəti üzrə tapşırıq verib.

Keçidlər