Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik zirvəsi adlı şeir müsabiqəsi keçirilmişdir

19 oktyabr 2015 | 15:00

Qazax rayon Mərkəzi Kitabxanasında erməni qəsbkarlarına qarşı mübarizədə həlak olmuş qəhrəmanlarımıza həsr olunmuş “Şəhidlik zirvəsi” adlı şeir müsabiqəsi keçirilmişdir.
Tədbirdə mədəniyyət işçiləri, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar, orta məktəb şagirdləri, şeir , musiqi həvəskarları, müəllim və tərbiyəçilər, valideynlər və KİV nümayəndələri iştirak etmişdir.
Müsabiqəni giriş sözü ilə MKS-nin direktoru Solmaz Babanlı açaraq qeyd etmişdir ki, belə tədbirlərin keçirilməsi böyüməkdə olan gənc nəslin doğma Vətənə, onun torpağına məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynayır, onlarda Vətənə olan sevgini daha da artırır.
Müsabiqədə orta məktəb şagirdlərindən Sanılı Raziyyə və Xumar bacıları “Mübariz adını tarixə yazdım” və “ Hünər” şeirlərinə, Fidan Mansurova “Qaratel bacım”, Roza və Şabəddin Cabbarovlar  “Alay komandiri”, Bəturə Mustafayeva, Fəxrəndə Hacıyeva və Nail Hacıyev “Bayatılar” şeirinə görə müsabiqənin qalibləri olmuşlar və qiymətli hədiyyələr ilə mükafatlandırılmışlar.
Sonda tədbir iştirakçıları şəhidlərə həsr olunmuş sərgilərə maraqla tamaşa etmişlər.

Keçidlər