Xalqımız davamlı inkişafa və tərəqqiyə səs vermişdir
2015-ci il noyabr ayının 1-də V çağırış Azərbaycan Respublikası Mlli Məclisinə Seçkilər 107 saylı Qazax Seçki Dairəsinin 36 və 106 saylı Tovuz–Qazax-Ağstafa seçki dairəsinin Qazax rayonunun ərazisində yerləşən 12 seçki məntəqəsində səhər saat 8:00–da başladı. Qazax rayonunun 56949 nəfər sakini seçisi siyahılarına daxil edilmişdir. Onlardan 43323 nəfəri 107 saylı Qazax Seçki Dairəsinin və 13626 nəfəri 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin seçiciləri olmuşdur.
Qeyd edək ki, ölkəmizin hər yerində olduğu kimi, Qazaxdakı hər iki Dairənin bütün seçki məntəqələrində də seçicilərin öz iradələrini azad və sərbəst ifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Seçki məntəqələrində səsvermənin bütün prosedur və qaydalarına əməl olunmuşdur. Seçkilərin şəffaf və demokratik keçirilməsi məqsədilə seçki məntəqələrində 10 veb-kamera quraşdırılmışdır. Səsvermə günü muşahidəçilər vasitəsi ilə seçki məntəqələrdə səsvermənin gedişi izlənilmiş və onlar səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildiyinin şahidi olmuşlar.
Qazax rayon sakinləri digər seçkilərdə olduğu kimi, bu seçiklərdə də yüksək fəallıq nümayiş etdirmişlər.