Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydalarının təbliği” mövzusunda tədbir keçirilmişdir

04 noyabr 2015 | 16:00

Qazaxda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən   “Cəbhə bölgələrində yaşayan gənclərə təhlükəsizlik qaydalarının təbliği” layihəsi çərçivəsində tədbir keçirilmişdir. Toplantını  Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova açaraq, keçirilən tədbirin əhəmiyyəti barədə yığıncaq iştirakçılarına geniş məlumat vermişdir.          Tədbirdə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Elnur Həsənli məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, palkovnik-leytenant Vüqar Mirzəyev, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov və başqaları çıxış etmişlər.       Tədbirin sonunda gəncləri maraqlandıran suallara cavablar verilmişdir.

Keçidlər