Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

08 noyabr 2019 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edərək onları narahat edən bir sıra məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Şəhər sakini Nəsibova Arifə Nəsib qızının işlə təmin olunması barədə müraciətinə cavab olaraq vətəndaşa sənədlərini təqdim etməsi və istəyinə uyğun boş iş yeri yaranan zaman baxılacağı qeyd edilib. Digər şəhər sakini Balaməmmədova Səkinə Murad qızının oğlunun işlə təmin olunması ilə bağlı müraciətinə övladının su və kanalizasiya xəttinin çəkilişində işləməsi təklif olunub.
Aşağı Əskipara kənd sakini Mehdiyeva Xavər Müslüm qızı isə övladının bağçadan tez götürülməsinə razılıq verilməsini xahiş edib. Vətəndaşa övladını bütün uşaqlar kimi vaxtında götürməsi bildirilib.
Qarapapaq kənd sakini Piriyeva Ülviyyə Hüseyn qızının, Kosalar kənd sakini Alırzayeva Aytən Sarı qızının, Çaylı kənd sakinləri Aslanov Yaqub Təmraz oğlunun, Qurbanov Camoy Camoy oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər