Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edərək onları narahat edən bir sıra məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Şəhər sakinləri Vəliyeva Aynur Saqif qızının, Həsənova Nazxanım Firidun qızının, Şəmşiyeva Nəbahət Məhəmməd qızının işlə təmin olunmaları barədə müraciətlərinə cavab olaraq vətəndaşlara sənədlərini təqdim etmələri və istəklərinə uyğun boş iş yeri yaranan zaman baxılacağı qeyd edilib.
Canalı kənd sakini Razimova Vəfa Cavanşir qızının evində yaşayış hüququnun təmin olunması ilə bağlı müraciətinə yerində baxış keçiriləcəyi və məsələnin araşdırılacağı bildirilib.
Şəhər sakinləri şəhid anası Əhmədova Validə Adil qızı yaranmış işıq borcunun ödənilməsinə köməklik edilməsini xahiş edib. Vətəndaşa aidiyyatı üzrə müraciət etməsi bildirilib və məsələnin araşdırılması üzrə aidiyyatı şəxslərə tapşırıq verilib. Süleymanova Təzəgül Məşədi qızı isə torpaqla təmin olunması barədə müraciət edib. Bu vətəndaşa da aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub.
Xanlıqlar kənd sakini Aslanov Sahib Famil oğlunun, Kosalar kənd sakini Hüseynova İlahə Keçəl qızının, Çaylı kənd sakini Hüseynova Kəmalə Hüseyn qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.