Müşavirə keçirilmişdir
Qazax rayonunda "Yanğınların profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli İcra Hakimiyyəti və özünüidarəetmə orqanlarının rolu” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə yerli İcra Hakimiyyəti, müvafiq idarə, müəssisə və təşkilatlar, özünüidarəetmə orqanlarının rəhbərləri və KİV nümayəndələri iştirak etmişdir. Müşavirəni giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqaladə Hallar Komissiyasının sədri Fərman Nağdalıyev açmış və keçirilən tədbirin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Dövlət Yanğından Mühafizə İdarəsinin mühəndis-inspektoru İsaxan Hüseynov və Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Abdal Əzizov mövzu ətrafında geniş məruzə ilə çıxış etmişlər. Məruzələrdə və Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları Emil Məmmədovun, Elnur İmanovun, Qazax rayon Təhsil Şöbəsinin müdir müavini Zakir Nəsibovun, Qazax Elektrik Şəbəkəsinin baş mühəndisi Hidayət Axundovun, Qazax Meşə Mühafizəsi və Pərpası Müəssisəsinin baş müşəbəyi Elsevər Əhmədovun, Şəmkir Qaz İstismar İdarəsinin Qazax rayonu üzrə rəis müavini İlkin Nəsibovun və başqalarının çıxışlarında hər hansı yanğın hadisəsinin qarşısının alınması və profilaktikası məqsədi ilə həyata keçirilən tədbirlər və görülməli olan işlər barədə səsləndirilmiş fikirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Sonda tədbir iştirakçıları ilə yanğın zamanı müxtəlif profilaktik tədbirlərlə bağlı fikir mübadiləsi olmuşdur.