Şriftin ölçüsü :

Saytın rəngi :

12 Noyabr Azərbyacan Respublikasının Konstitusiya günüdür

12 noyabr 2015 | 16:00

Qazaxda Konstitusiya günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri Rayon İcra Hakimiyyəti başçısının I müavini Fərman Nağdalıyev açmış, Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın  hazırlanması zərurəti meydana çıxmışdır. Bunun üçün Ulu Öndər, Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi Komissiya yaradılmış və hazırlanmış Konstitusiya Layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabr ayının 12-də Referendumla Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Tədbirdə Konstitusiyanın dövlətin ali qanunu, ali hüquqi qüvvəyə malik olması, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit etməsi barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında demokratik quruluşlu dövlətimizin bütün sahələrini əks etdirən mənəvi və humanist ideyalar, dövlət və xalq üçün lazım olan bütün hüquq və azadlıqlar qanun şəklində öz əksini tapmışdır.      Konstitusiyanın qəbulu cəmiyyətin və dövlətin həyatında demokratik dəyişikliklərə yol açmış, insan hüquq və azadlıqlarının qorunması üçün hüquqi baza yaratmış, ölkəmizdə demokratiyanın və həyatın bütün sahələrinin inkişafına güclü  təkan vermişdir. Əsas Qanunun  qəbul edilməsindən sonra ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində böyük inkişaf və tərəqqiyə nail olunmuşdur.     Tədbirdə AMİ Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının rayon Komitəsinin sədri Fərhad Qocamanov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyası haqqında maraqlı fikirlər səsləndirmişlər.

Keçidlər