Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edərək onları narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Şəhər sakini Mustafayev Şahbaz Hidayət oğlu və Qarapapaq kənd sakini Yaqubova Ülviyyə Şəmsəddin qızı işlə təmin olunmaları barədə müraciət ediblər. Vətəndaşlara istəklərinə uyğun boş iş yeri yaranan zaman baxılacağı bildirilib.
Şəhər sakini Yolalıyev Valeriy Yalan oğlunun ev layihəsinin təsdiq edilməsi ilə bağlı müraciətinə cavab olaraq aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub və layihənin təsdiq olunması üçün tapşırıq verilib.
Şəhər sakini Həsənov Rafiq Məhəmmədəli oğlunun və Yuxarı Əskipara kənd sakini Vəliyeva Sənəm Əsgər qızının mənzillə təmin olunmaq barədə istəklərinə boş yer yaranan zaman köməklik olunacağı bildirilib.
Ağköynək kənd sakini Qaragözova Mələk Şahin qızının ixtisasına uyğun olaraq rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləməsi üçün kursdan keçərək Sertifikat alması və bundan sonra işlə təmin olunacağı qeyd edilib.
Şəhər sakini Şıxıyeva Sona Aftandil qızının işlə bağlı müraciətinə cavab olaraq “Azərxalça” ASC-nin Qazax filialında iş təklif olunub. Digər şəhər sakini Kərimova Əfifə Həsənqulu qızı da qızının işlə təmin olunması ilə bağlı müraciət edib. Vətəndaşa övladının Dövlət Qulluğuna imtahanda iştirak etməsi tövsiyə edilib.
Aslanbəyli kənd sakini Nəsibov Dursun İkram oğlu qaz xəttinin çəkilməsinə, Qarapapaq kənd sakini Şükürova Minaya Həmzə qızı torpaqla təmin edilməsinə köməklik olunması barədə müraciət ediblər. Vətəndaşlara aidiyyatı üzrə müraciət etmələri bildirilib və köməklik edilməsi ilə bağlı tapşırıq verilib.
Şəhər sakinləri Mustafayev Bilal Maqsud oğlunun, Əliyev İslam Babaş oğlunun, Əliyeva Elsima Mərkəz qızının, Qasımova Qərənfil Rəfayıl qızının, Nəsibova Şəlalə İsmixan qızının, Xuduyeva Gülnaz Səfər qızının, Mehdiyeva Şəfiqə Beyis qızının, Adamov Akif Hətəm oğlunun, Camalov Arif Məcid oğlunun, Çaylı kənd sakini Məmmədova Türkan Elşad qızının, Yuxarı Əskipara kənd sakini Hüseynova Mehparə Tahir qızının, Yuxarı Salahlı kənd sakini Alıyeva Aliyə Tofiq qızının, Cəfərli kənd sakini Almazov Kamal Məhəmməd oğlunun, Orta Salahlı kənd sakini Babacanov Nəbi Musa oğlunun, Canalı kənd sakinləri Mirzəyeva Tərgül Qəzənfər qızının, Mansurov Saqif Məhəmməd oğlunun, Hüseynbəyli kənd sakini Heydərova Təranə Vaqif qızının, Bağanıs Ayrım kənd sakini Adıgözəlov Şəmil Hüseyn oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.