Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

03 dekabr 2019 | 16:00

Bu gün ölkəmizdə dövlət siyasətinin mərkəzində bütün sahələr üzrə vətəndaş amili dayanır. Ölkə başçısının vətəndaş amilini hər zaman ön plana çəkməsi Qazaxda da olduğu kimi icra olunmaqdadır. Son 3 ildə sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul olunmaları məhz vətəndaş amilinin ön planda olmasından xəbər verir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Sakinləri dinləyərək onları narahat edən məsələləri öyrənib, qayğıları ilə maraqlanıb.
Çaylı kənd sakini İsmayılov Rafiq İsmayıl oğlunun işlə təmin olunması barədə müraciətini dinləyən rayon rəhbəri vətəndaşa istəyinə uyğun müvafiq iş yeri yaranan zaman baxılacağını bildirib. Şəhər sakini Axundov Süleyman Asif oğlunun işlə bağlı müraciətinə cavab olaraq Dövlət Qulluğuna imtahanda iştirak etməsi tövsiyə olunub.
Çaylı kənd sakini Nuriyeva Pərvanə Əliskəndər qızının torpaq məsələsi ilə əlaqədar müraciətini dinləyən rayon rəhbəri məsələnin obyektiv şəkildə araşdırılması üçün aidiyyatı üzrə Məhkəməyə müraciət etməsini qeyd edib.
Şəhər sakini Orucova Safura Süleyman qızının torpaq məsələsi ilə bağlı müraciətinə cavab olaraq yerində baxış keçiriləcəyi bildirilib.
Hüseynbəyli kənd sakini Mehtiyev Elburus Səfər oğlunun torpaqla təmin olunması barədə istəyinə aidiyyatı üzrə müraciət etməsi tövsiyə edilib.
Şəhər sakini Mustafayeva Günay Ələddin qızının, Ağköynək kənd sakini Mansurova Nəzakət Bilal qızının, Kosalar kənd sakini Əsgərova İlhamə Novruz qızının, Cəfərli kənd sakini Kazımova Güllər İslam qızının, Daş Salahlı kənd sakini Novruzov Neymət Qəni oğlunun, Aslanbəyli kənd sakini Əhmədova Nayma Məti qızının, Xanlıqlar kənd sakini Hüseynxanova Xatın Zakir qızının müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər