“Ölkəmizi tanıyaq” tur- ekskursiyası davam edir. Qazax məktəbliləri Lənkəran - Lerik- Astara rayonlarına yola düşmüşlər
Noyabrın 16-da Qazax məktəblilərinin “Ölkəmizi tanıyaq” maarifləndirici tur- ekskursiyası çərçivəsində Lənkəran-Lerik-Astara rayonlarına səfəri başlamışdır. Bu məqsədlə Qazax şəhərindəki Heydər Əliyev Parkında təntənəli yola salma mərasimi keçirilmişdir. Səfər noyabr ayının 19 -dək davam edəcəkdir. Məktəblilər səfər çərçivəsində Lənkəran, Lerik və Astara rayonlarının tarixi yerləri, qədim və müasir milli memarlıq abidələri ilə yaxından tanış olacaqlar, müxtəlif məzmunlu musiqili-əyləncəli proqramlarda iştirak edəcəklər.
Məktəblilərin yola salınması mərasimində şagirdlər və onların valideynləri çıxış etmişlər. Bu cür marifləndirici tədbirlərin əhəmiyyəti barədə danışmışlar və belə tur- ekskursiyanın təşkilinə görə ölkə prezidenti İlham Əliyev cənablarına dərin minnətdarlıqlarını bildirmişlər.