Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

10 dekabr 2019 | 16:00

Bu gün ölkəmizdə dövlət siyasətinin mərkəzində dayanan vətəndaş amili Qazaxda da prioritet sahə kimi ön planda saxlanılır. Ölkə rəhbərinin vətəndaşlara olan diqqət və qayğısı son 3 ildir ki, Qazaxda da olduğu kimi icra olunur. Bunu sakinlərlə keçirilən səyyar görüşlərdən, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılmasından, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul olunmalarından aydın şəkildə görmək olur.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri öyrənib, qayğıları ilə maraqlanıb.
Çaylı kənd sakini Qocayeva Bəsti Qəşəm qızının torpaq məsələsi ilə bağlı müraciətinə cavab olaraq aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub.
Aşağı Əskipara kənd sakini Vəliyeva Günay Ələkbər qızının və şəhər sakini Abdullayev Şəmsi Vahid oğlunun mənzillə bağlı müraciətlərinə boş yer yaranan zaman baxılacağı bildirilib.
Şəhər sakinləri Əmiraslanov Əziz Ruslan oğlunun, Hətəmova İlhamə Şahvələd qızının, Ramazanova Güllüzar Vahid qızının, Qasımov Fəzail Qəzənfər oğlunun, Yuxarı Əskipara kənd sakini Musayev Coşqun Şahmalı oğlunun, Canalı kənd sakini Səfərov Orxan Omar oğlunun, Kosalar kənd sakini Aydınova Vüsalə Ziyadxan qızının, Abbasbəyli kənd sakini Kərimova Zəhra Nizami qızının müxtəlif məzmunlu müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər