Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda vətəndaş amili hər zaman ön planda dayanır

14 dekabr 2019 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin mərkəzində hər zaman ölkə vətəndaşı, onların istəkləri dayanır. Bütün sahələri əhatə edən diqqət və qayğı onu sübut edir ki, dövlət hər bir sahədə vətəndaş mövqeyini üstün tutur. Bu gün birmənalı şəkildə deyə biləcəyimiz tək bir həqiqət də var ki, o da son 3 ildə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin geniş vüsət aldığı Qazaxda bütün sahələrin inkişaf etməsidir. Ən əsası da rayonda dövlət başçısının vətəndaşların rahatlığı, onların istəkləri, qaldırdıqları hər hansı bir məsələnin müsbət həll olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələrin daim diqqət mərkəzində saxlanılması, hər bir məsələyə xüsusi həssaslıqla yanaşılmasıdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun hər zaman olduğu kimi bu gün də rayonda fəaliyyət göstərən şəhərdaxili və kəndlərə sərnişin daşıyan marşrutların mövcud vəziyyəti, vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərlə tanış olması sakinlərə olan diqqət və qayğısının bariz nümunəsidir.
Avtovağzaldakı, eləcə də marşrutlardakı mövcud şəraitlə yaxından maraqlanan rayon rəhbəri sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması, istər şəhərdaxili, istərsə də kəndlər üzrə hərəkət edən bütün marşrutlarda səliqə-sahman yaradılması, sərnişinlərin rahatlığını təmin edəcək tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Sakinlərlə, sürücülərlə səmimi söhbət edən icra başçısı onlara göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirib.

Keçidlər