Şriftin ölçüsü :

Saytın rəngi :

Rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilər təltif olunublar

13 dekabr 2019 | 16:00

6 Dekabr - Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür. 1881-ci ilin həmin günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb. Peşə bayramı cənab Prezident İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamına müvafiq olaraq təsis edilib. Rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilər onlar üçün böyük önəm kəsb edən 6 dekabr tarixini 13 ildir ki, peşə bayramı günü kimi qeyd edirlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Telekommunikasiya Qovşağının rəisi Əyyub Dünyamalıyevi və “Azərpoçt” MMC-nin Qazax Poçt filialının direktoru Ədalət Hüseynovu peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib. Səmimi qəlbdən təbrik edərək bundan sonrakı işlərində daha böyük uğurlar arzulayıb.
Fəxri Fərmanla təltif edilən Əyyub Dünyamalıyev və Ədalət Hüseynov çıxış edərək Respublika Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncamı bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova onlara göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlıqlarını bildiriblər. Hər iki müəssisənin kollektivi olaraq bundan sonra da rayonda rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf etdirilməsi istiqamətində daha böyük səylə çalışacaqlarını qeyd ediblər.

Keçidlər