Şriftin ölçüsü :

Saytın rəngi :

17 noyabr – Azərbaycanda Milli Dirçəliş günüdür

17 noyabr 2015 | 16:00

Qazaxda 17 noyabr - Milli Dirçəliş günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə, təşkilat rəhbərləri, QHT, KİV və ictimaiyyət  nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdalıyev  açmışdır. Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki,  27 il bundan əvvəl, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması  tarixə meydan hərəkatı kimi daxil oldu. Türk dünyasının böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyevin vətənə qayıdışı ilə Azərbaycanın milli azadlıq hərəkatında yeni bir mərhələ başladı. Heydər Əliyev həmin gərgin günlərdə Naxçıvanda yaşasa da  Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edirdi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla həmin dövr üçün əhəmiyyətli rol oynadı. Sessiya muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan SSRİ Ali Sovetinin 05 fevral 1991ci il tarixli sessiyasındakı SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandıran çıxışından sonra elə həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiq olundu.
Xalqın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi olan həmin tarixi meydan hərakatından əsrin dörddə biri qədər vaxt keçir. Bu qısa zaman kəsiyinə nəzər salsaq ölkəmizin bu müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətə çevrildiyi aydın görünür. 
Ötən müddət ərzində müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar göz qabağındadır.  Azərbaycanın inkişafını, yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzu qiymətləndirərkən Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Ulu Öndərin gördüyü böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmışdır. Azərbaycanın indiki sürətli yüksəlişinin təməlində məhz Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası dayanır. Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı strategiyasının təməlini qoymaqla kifayətlənməmiş, bu strateji kursu davam etdirməyə qadir istedadlı, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider də yetişdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrildi. Qafqazdakı lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlikəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə nail oldu.  Respublika Prezidenti İlham Əliyev cənabları qısa müddətdə bu yüksəlişə nail olmaqla ölkəmizin  yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi oldu. Cənab İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı ölkəmizin tərəqqisini görür, bu böyük şəxsiyyəti inkişafımızın təminatçısı kimi dəstəkləyir.
Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, Qazax Suvarma Sistemləri idarəsinin rəisi Abbas Göyüşov, Rayon Sığorta Agentıliyinin rəisi Mübariz Abdullayev və başqaları çıxış etmişlər.

Keçidlər