Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhər 2 və 6 saylı körpələr evi-uşaq bağçalarında olub

19 dekabr 2019 | 16:00

Bu gün Respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirdiyi dövlət siyasəti uğurla icra olunur. Dövlət başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramlarının qəbul edilməsi, uşaq hüquqlarının etibarlı təminat mexanizmlərinin yaradılması, hər bir sahədə geniş vüsət almış quruculuq işlərinin belə uşaqların təhsili və intellektual inkişafı istiqamətinə yönəldilməsi bir daha göstərir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Ölkə rəhbərinin uşaqlara olan yüksək diqqət və qayğısını körpə balalar haqqında söylədiyi fikirlərdən də aydın şəkildə görmək olur. “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”, - deyən dövlət başçısı bu siyasətin uğurla davam etdirilməsi üçün var qüvvəsi ilə çalışır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilməsinin bariz nümunəsi isə son illər respublikamızın bütün bölgələrində yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlardır.
Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi Qazaxda da məqsədyönlü işlər görülür. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani göstəricisi isə yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır. Rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Təqdirəlayiq hal isə odur ki, Qazaxda bağça tikintisi ilə yanaşı, uşaqlara göstərilən diqqət və qayğıya, onlara verilən ərzaqların keyfiyyətinə də xüsusi həssaslıqla yanaşılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 2 saylı uşaq bağçasında və 6 saylı körpələr evi-uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.
Körpə fidanların bir-birindən maraqlı  şeirlərini, mahnılarını dinləyən rayon rəhbəri onları və bağça kollektivlərini qarşıdan gələn bayramlar münasibətilə də təbrik edib, uğurlar arzulayıb.
2 saylı uşaq bağçasının müdiri Günel İsmayılzadə və 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Elnarə Qurbanova hazırda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirəcəkləri yeni il şənliklərinə hazırlaşdıqlarını qeyd ediblər. Bununla bağlı bağçaların bayramsayağı bəzədildiyini diqqətə çatdırıblar.
Bağça müdirləri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektivlər və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.

 

 

 

Keçidlər