Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü ilə bağlı geniş toplantı keçirilmişdir.

19 noyabr 2015 | 16:00

Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü ilə bağlı geniş toplantı keçirilmişdir. Tədbirdə Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya üzvləri və fəalları, KİV nümayəndələri iştirak etmişdir.
Toplantı iştirakçıları əvvəlcə, Ulu Öndər, Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsini anmışlar və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
  Tədbiri YAP RT-nın sədri Həmid Pənahov açmış və geniş məruzə ilə çıxış etmişdir.  Məruzədə YAP-ın yaradılması, uğurları, bu günü və gələcəyi haqqında toplantı iştirakçılarına ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Ulu Öndər, Ümumilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqil dövlət kimi inkişafında, tərəqqisində, müstəqilliyimizin daimi, dönməz və əbədi olmasında misilsiz xidmətlər göstərmişdir.
Ölkədə sosial- iqtisadi, ictimai-siyasi vəziyyətin  həddən artıq mürəkkəb və çətin olduğu bir vaxtda dahi şəxsiyyət  Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən  Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrilmişdir. Bu gün qürur hissi ilə deməliyik ki, artıq Yeni Azərbaycan Partiyasının 650 mindən artıq üzvü vardır. Bu, təkcə statistika deyil, həm də vətəndaşlarımızın Azərbaycanın bugünkü reallığına verdiyi qiymət və prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətlərinin ifadəsidir. Biz əminik ki, Yeni Azərbaycan Partiyası möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlara və qələbələrə imza atacaqdır.
Tədbirdə Partiyanın Şura üzvləri Abbas Göyüşov, Tərlan Bədəlova, YAP RT-nın Qadınlar Şurasının sədri Asya Alhüseynova, partiyanın AMİ-nin Qazax filialının ərazi ilk partiya təşkilatının sədr müavini Məmməd Yusifov və başqaları çıxış etmişlər və partiyanın 23 il ərzində gördüyü işlər, qazandığı uğurlar barədə, həmçinin, keçdiyi şərəfli və tarixi yoldan danışmışlar.

Keçidlər