Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti tur-aksiya uğurla başa çatmışdır

20 noyabr 2015 | 16:00

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində növbəti tur-aksiya uğurla başa çatmışdır. Proqrama uyğun olaraq Lənkəran, Lerik və Astara rayonlarına 4 günlük  tur-aksiyada iştirak edən heyət noyabr ayının 19-da axşam saatlarında Qazax şəhərində  Rayon İcra Hakmiyyətinin və Rayon Təhsil şöbəsinin məsul işçiləri, müəllim və valideynlər tərəfindən sevinclə qarşılanmışdır.
Tur-aksiyanın Qazaxdan olan iştirakçılarının respublikamızın Cənub bölgəsinə ekskursiyası Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzindən başlamış, "Palmalife” mehmanxanasında başa çatmışdır. Ekskursiyanın II günü məktəblilər Lerik rayonuna yola düşmüşlər. Orada Lerik şəhəri ilə Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və “Uzunömürlülər” Muzeyi ilə tanış olmuşlar. Oradan Astara şəhərinə yola düşmüşlər. Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi ilə tanış olduqdan sonra Bulvara, yolüstü “Yanar bulağ”a ekskursiya etmişlər və Astaraçay fabriki ilə tanış olmuşlar. Ekskursiyanın III günü məktəblilər Hirkan Milli Parkı və Xanbulan  gölü ilə, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanış olmuşlar.
Lənkəran şəhəri ilə tanış olan zaman məktəblilər Bayraq Meydanına, “Qoşa Qala” qapılarına, Mayaq Binasına, Tarix-Diyarşünaslıq Muzeyinə, Dairəvi Qalaya, Həzi Aslanovun ev muzeyinə baxmışlar və “Gilan Holdinq”ə məxsus olan  Lənkəran Konserv Zavoduna ekskursiya etmişlər.
Beləliklə, IV gün səfər Proqramına uyğun olaraq tur-aksiyası başa çatmış və məktəblilər Qazax şəhərinə dönmüşlər. Şagirdlər hər gün şam yeməyindən sonra müxtəlif idman yarışlarında, əyləncəli və intellektual oyunlarda iştirak etmişlər.
Tur-aksiya iştirakçıları Qazax şəhərinə çatdıqdan və sevinclə qarşılandıqdan sonra ekskursiya ilə bağlı təəssüratlarını  bölüşərkən söyləmişlər ki, səfər etdiyimiz rayonlardakı qədim və müasir milli arxitekturalı abidələr, təbiət mənzərələri, göz oxşayan çay plantasiyaları sitrus meyvə bağları bizdə ən xoş hislər və maraq yaratmışdır. Anladıq ki, bizim bütün dünyada əvəzi olmayan, göz oxşayan gözəlliyə malik olan ölkəmiz vardır.
Onlar bu bölgəyə gələcəkdə bir daha gəlmək arzusunda olduqlarını bildirmişlər.
Valideynlər və şagirdlər bu cür diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər