Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

15 yanvar 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda da daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərliyi tərəfindən son 3 ildə sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar bunu söyləməyə əsas verir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib.
Hüseynbəyli kənd sakini Sadiqi Pərviz Rza oğlunun torpaq məsələsi ilə bağlı istəyinə cavab olaraq aidiyyatı üzrə müraciət etməsi bildirilib. İşlə bağlı müraciətinə isə “Saloğlu” fərdi mebel fabrikində müvafiq iş təklif olunub.
İcra başçısı könüllülərdən İbrahimova Pəri Vidadi qızını, Abbasov Şəhadət Əsəd oğlunu və Hüseynova Ləman Bağır qızını da ərizələrinə əsasən qəbul edib.
Rayon rəhbəri əvvəlcə gəncləri Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan elan olunması münasibətilə bir daha təbrik edib, səmimi arzularını çatdırıb.
Ulu Öndər Heydər Əliyevin gənclər haqqında söylədiyi “Gənclər bizim gələcəyimizdir” kimi dəyərli fikrə bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hər zaman xüsusi həssaslıqla yanaşıldığını, ölkəmizdə gənclərin inkişaf etməsi üçün hər cür imkan və şərait yaradıldığını bildirib. Məhz 2020-ci ilin “Könüllülər ili” elan edilməsini gənclərə olan qayğının bariz nümunəsi kimi qeyd edib.
Sonra icra başçısı gənclərin fiziki imkanları məhdud olan və fərdi təhsilə cəlb olunan uşaqlarla, şəhər mərkəzindən ucqar kəndlərdə yaşayan rayon gənclərinin Qazaxın gəzməli, görməli yerlərinə ekskursiyalarının təşkili, könüllülərin rayonun ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində yaxından iştirakının təmin olunması və s. bağlı fikir və təkliflərini dinləyib.
Gənclərlə səmimi söhbət aparan, onlar tərəfindən səsləndirilən fikirləri maraqla qarşılayan rayon rəhbəri söylənilən hər bir təklifə həssaslıqla yanaşılacağını və hər zaman dəstək olunacağını bildirib. Sözün əsl mənasında 2020-ci ilin "Könüllülər ili” kimi qazaxlı gənclərin yaddaşına xoş xatirələrlə zəngin, eləcə də məhsuldar bir il olaraq yazılacağını vurğulayıb və bu yolda onlara uğurlar arzulayıb.
Gənclər ürək sözlərini bildirərək ölkə başçısının və rayon rəhbərinin onlara olan diqqət və qayğısını hər an hiss etdiklərini vurğulayıblar. Göstərilən diqqət və qayğıya, ən əsası da səmimi münasibətə görə minnətdarlıqlarını çatdırıblar.

 

Keçidlər