Şriftin ölçüsü :

Saytın rəngi :

İntellektual oyun keçirilmişdir

26 noyabr 2015 | 16:00

Qazaxda “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılğı ilə “Nə?”, “Harada?” və “Nə zaman?" intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayonun orta ümumtəhsil məktəblərinin komandaları ilə yanaşı, AMİ Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin komandaları və müstəqil komandalar (ümumilikdə 15 komanda) iştirak etmişdir. Suallar səsləndirildikdən sonra xal hesabı ilə I yeri AMİ Qazax filialının komandası tutmuşdur. Çaylı kənd 2 saylı orta məktəbin komandası ilə müstəqil komandanın xalları eyni olduğundan əlavə sual verilmiş  və beləliklə, müstəqil komanda II, Çaylı kənd 2 saylı orta məktəbin komandası isə III yerə çıxmışlar. Qalib komanda kubokla,  diplomla, II və III yeri tutan komandalar isə  müvafiq diplomlarla təltif olunmuşlar.

Keçidlər