Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

21 yanvar 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda bütün sahələrdə ön plana çəkilir. Son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da məhz bu amala xidmət edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri, qayğıları dinləyib.
Şəhər sakini Həsənov Rafiq Məmmədəli oğlunun mənzillə təmin olunmaq barədə istəyini dinləyən rayon rəhbəri boş yer yaranan zaman baxılacağını bildirib.
Şəhər sakinləri Eyvazova Rahilə Bilal qızı, Mustafayev Yurik Xançoban oğlu, Əhmədova Aynur Əli qızı, Çaylı kənd sakini Qəsəbov Fariz Eldar oğlu oğlanlarının, Qarapapaq kənd sakini Mahmudov Pərviz Ərdəşil oğlu və Aşağı Əskipara kənd sakini Alməmmədov Hümbət Fərman oğlu özlərinin işlə təmin olunmaları barədə müraciət ediblər. Vətəndaşlara “Saloğlu” fərdi mebel fabrikində müvafiq iş yerləri təklif olunub.
Şəhər sakinləri Vəliyeva Məlahət Süleyman qızının, Həsənova Elminar Məcid qızının, Əsgərova Gülnar Cəbrayıl qızının, Əliyeva Elsima Mərkəz qızının, İsmayılov Nəvazi Yolçu oğlunun, Məmmədov Məhərrəm Ələkbər oğlunun, Çaylı kənd sakinləri Qasımov Cəmil Meydan oğlunun, Lahicova İlhamə Elşad qızının, Daş Salahlı kənd sakinləri Bayramov Elvin Avaz oğlunun, Əlvəndov Eynur Vəlişan oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq cavablandırılıb.

Keçidlər