Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

27 yanvar 2020 | 16:00

Tam əminliklə deyə bilərik ki, Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən məqsədyönlü dövlət siyasətinin mərkəzində hər zaman vətəndaş amili dayanır. Ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da ön plana çəkilir. Son 3 ildə rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da məhz bu amala xidmət edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri, qayğıları dinləyib.
Şəhər sakini Xəlilova Humay Lüdviq qızının pay torpaq sahəsi ilə təmin olunma ilə bağlı məsələsinə cavab olaraq aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunub.
Bağanıs Ayrım kənd sakini Quluyeva Məxluqə Kamal qızı məcburi köçkün statusunun verilməsinə köməklik olunmasını istəyib. Vətəndaşı dinləyən rayon rəhbəri qaldırılan məsələnin araşdırılmasını və köməklik olunmasını bildirib. Lazımi sənədələrin toplanması ilə əlaqədar aidiyyatı üzrə tapşırıq verib.
Yuxarı Əskipara kənd sakini Vəliyev İnqilab Vəli oğlunun işlə bağlı müraciətinə cavab olaraq “Saloğlu” fərdi mebel fabrikində müvafiq iş yeri təklif edilib.
Şəhər sakinləri Hacıyeva Nəcibə Alyoş qızının, Tağıyev Vasif Əsgər oğlunun, Əliyev Qəzənfər Abdu oğlunun, Ağköynək kənd sakini Nəbiyeva İradə Qurban qızının, Qarapapaq kənd sakini Xasməmmədov Feruz Mübariz oğlunun, Cəfərli kənd sakini Cabbarov Mahir Yahya oğlunun müxtəlif məzmunlu müraciətləri də müvafiq cavablandırılıb.

Keçidlər