Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

30 yanvar 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin ölkəmizdə vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr son 3 ildir ki, Qazaxda da ön plana çəkilir. Rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da bunun bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Yuxarı Salahlı kənd sakinləri Mansurova Bədir Əhməd qızı və Xəlilova Aytən Famil qızı marşrutla bağlı müraciət ediblər. Vətəndaşları dinləyən rayon rəhbəri qaldırılan məsələnin araşdırılmasını bildirib və aidiyyatı üzrə tapşırıq verib.
Yuxarı Salahlı kənd sakini Şıxməmmədov Razim Bəziryan oğlunun müxtəlif səpkili müraciəti də müvafiq cavablandırılıb.

Keçidlər