Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qazax şəhərində vətəndaşları qəbul etmişdir

27 noyabr 2015 | 16:00

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qazax şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 133, digər məsələlərlə bağlı müraciət etmiş 63 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Keçidlər