Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

12 fevral 2020 | 16:00

Qazaxda bütün sahələrlə yanaşı, dövlət başçısı İlham Əliyevin ölkəmizdə vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr də olduğu kimi icra olunur. Tam əminliklə deyə bilərik ki, rayonda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri məhz vətəndaş amilidir. Bunun bariz nümunəsi də rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, həssaslıqla yanaşılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullardır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də bir qrup vətəndaşı ərizə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.
Şəhər sakini Alməmmədov Rüfət Alim oğlunun yeni tikilmiş evinə işıq xəttinin çəkilməsi ilə bağlı müraciətinə cavab olaraq aidiyyatı şəxslər tərəfindən yerində baxış keçiriləcəyi bildirilib.
Şəhər sakini Salmanov Kamran Mehman oğlunun və Qarapapaq kənd sakini Babayeva Mahizər Valeh qızının işlə bağlı müraciətlərinə cavab olaraq Müəllimlərin İşə Qəbulu və ya dövlət qulluğu üzrə keçirilən imtahanlarda iştirak etmələri tövsiyə olunub.
Xanlıqlar kənd sakini Məmmədov Elşən Zakir oğlu isə ünvanlı sosial yardımın təmin olunmasına köməklik edilməsi barədə müraciət edib. Vətəndaşa aidiyyatı üzrə müraciət etməsi bildirilib.
Şəhər sakini Hüseynova Aynur Tofiq qızının, Alpout kənd sakini İsayeva Həcər Yaqub qızının, Qazaxbəyli kənd sakini Süleymanov Feyruz Həsən oğlunun, Daş Salahlı kənd sakinləri Eyyubova Lamiyə Azər qızının, Əliyev Rauf Fazil oğlunun, Çaylı kənd sakinləri Mahmudi Poladxan Həsənqulu oğlunun, Bənnayev Aqif Ələsgər oğlunun, Canalı kənd sakini Mansurov İsmət Nürəddin oğlunun, Məzəm kənd sakini Süleymanov Süleyman Musa oğlunun, Bağanıs Ayrım kənd sakini Quluyeva Məxluqə Kamal qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.

Keçidlər